31 
İyl
2015
12:51
7
51
2013
Virtual karabakh

OPEK-dən neftin qiyməti ilə bağlı - PROQNOZ

31 İyl, 2015
12:51
2013

OPEK-dən neftin qiyməti ilə bağlı - PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fövqəladə iclas olmayacaq”.

Neft İxrac Edən Ölkələrin Birliyi (OPEK) neftin qiyməti ilə bağlı yeni proqnoz verib.

Oxu.Az xəbər verir ki, OPEK-in baş katibi Abdulla əl Bədri bildirib ki, neftin qiymətləri daha çox aşağı enməyəcək. 

Moskvada mətbuat konfransında çıxışı zamanı baş katib qeyd edib ki, tələb artdığından qara qızılın qiymətinin daha çox enməsini proqnoz etmir. 

Bədri, onu da əlavə edib ki, OPEK-in neft istehsalını azaldılması ilə əlaqədar bir planı yoxdur:

“Dekabr ayındakı toplantıdan əvvəl fövqəladə iclas olmayacaq”-deyə, o əlavə edib. 

Qeyd edək ki, OPEK 2015-ci ilin iyunun 5-də qəbul etdiyi qərara əsasən, neft kvotalarının həcmi sabit saxlanılmışdı.

Onu da əlavə edək ki, hazırda Texas markalı neftin qiyməti 48,13 dollar, Brent-in qiyməti isə 52,91 dollardır. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri