30 
Apr
2024
17:08
43
83
1138
Virtual karabakh

ABŞ bəzi sahələrdə Rusiya bankları ilə hesablaşmalara icazə verib - SİYAHI + FOTO

30 Apr, 2024
17:08
1138

ABŞ bəzi sahələrdə Rusiya bankları ilə hesablaşmalara icazə verib - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ştatlar enerji sektorunda hesablaşmalar üçün Rusiyanın sanksiyaya məruz qalmış bankları ilə əməliyyatların aparılmasına müvəqqəti icazə verib. Lisenziya ABŞ Maliyyə Nazirliyi tərəfindən verilib. Qərar altı ay müddətində - 1 noyabr 2024-cü il tarixinədək, uzadılma imkanı ilə etibarlı olacaq.

Lisenziyada VTB, “Alfa Bank”, “Sberbank”, “Otkrıtıye”, “Sovkombank”, “Rosbank”, “VEB.RF”, “Zenit” və “Sankt-Peterburq” bankları, həmçinin tənzimləyici Mərkəzi Bank qeyd olunur.

ABŞ Maliyyə Nazirliyi aydınlaşdırıb ki, aşağıdakı yanacaq növlərinin çıxarılması, istehsalı, emalı, mayeləşdirilməsi, daşınması və ya alınması üzrə əməliyyatlar enerji ilə bağlı hesab ediləcək: neft, xam neft, qaz kondensatı, rafinə olunmamış yağlar, mayeləşdirilmiş təbii qaz (LNG) və kömür, odun, həmçinin uran kimi enerji istehsal edə bilən digər məhsullar. Nüvə, istilik və bərpa olunan enerji mənbələri də daxil olmaqla istənilən vasitələrlə enerji istehsalı, təchizatı və ya mübadiləsi üzrə əməliyyatlara da icazə verilir.

Qeyd edək ki, ABŞ iki il əvvəl, 2022-ci ilin yazında “Alfa Bank”, “Sberbank” və digər kredit təşkilatlarına qarşı bloklayıcı sanksiyalar tətbiq edib. SDN siyahısına düşmək onların aktivlərinin ABŞ-nin maliyyə sistemi ilə əlaqəli hər hansı şəkildə tam bloklanması deməkdir, ABŞ vətəndaşlarına onlarla biznes qurmaq qadağan edilir. İstisnalar yalnız ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) xüsusi icazəsi ilə mümkündür.

Mənbə: RBK

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri