May
2024
17:46
101
32
505
Virtual karabakh

Mikayıl Cabbarov: “Özbəkistanla yükdaşımalar 1 milyon tona çatdırılacaq”

2 May, 2024
17:46
505

Mikayıl Cabbarov: “Özbəkistanla yükdaşımalar 1 milyon tona çatdırılacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özbəkistandan 2024-cü ilin birinci rübündə Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb”.

Oxu.Az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd İnvestisiya Forumunun “Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan” panel sessiyasında çıxış edərkən deyib:

“Özbəkistandan 2024-cü ilin ilk üç ayında Azərbaycana bütün nəqliyyat növləri ilə 300 mindən çox müxtəlif növ yük daşınıb. Bu rəqəmin ildə 1 milyon tona çatacağı gözlənilir. Nəqliyyat əlaqələri ölkələrimiz arasında ticarətin və əməkdaşlığın inkişafına töhfə verib”.

Nazir Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın nəqliyyat, investisiya, enerji və sənaye əməkdaşlığı kimi əsas istiqamətlərdə fəal inkişaf etdiyini qeyd edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev isə çıxışında bildirib ki, mayın 21-də Quba şəhərində Azərbaycan və Özbəkistan arasında Regionlararası Forum keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri