Avq
2015
09:53
15
118
5082
Virtual karabakh

Bakı-Tiflis-Ərzurum qaz boru kəmərində partlayış

4 Avq, 2015
09:53
5082

Bakı-Tiflis-Ərzurum qaz boru kəmərində partlayış

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Partlayışın səsi 20 km uzaqlıqdan eşidildi.

Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Qars valisi Günay Özdəmir Anadolu Agentliyinə açıqlamasında hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib.

Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Vali partlayış nəticəsində yaranmış alovun meşə sahəsinə keçmə təhlükəsinin olmadığını bildirib.

Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri