Avq
2015
12:25
20
39
1716
Virtual karabakh

SOCAR dizel yanacağı ixracını kəskin artırdı

4 Avq, 2015
12:25
1716

SOCAR dizel yanacağı ixracını kəskin artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkətin son hesabatı.

Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin iyul ayında 68 min 450 ton dizel yanacağı ixrac edib. 

Bu da 2015-ci ilin iyun ayının göstəricisindən 57 min 228 ton çoxdur. 

Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib. 

Şirkət bildirib ki, ümumilikdə, 2015-ci ilin yanvar-iyul ayları ərzində 560 min 305 ton dizel yanacağı, 131 min 482 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib. 

SOCAR həmçinin benzin, təyyarə yanacağı, dizel yanacağı, kükürdlü yanacağın qiyməti barəsində də məlumat yayıb. 

Belə ki, ötən ay dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 643,33 dollar, təyyarə yanacağının - 508,82 dollar, dizel yanacağının - 494,77 dollar, 1% kükürdlü mazutun qiyməti isə 291,64 dollar təşkil edib. 

Qeyd edək ki, 2015-ci ilin iyun ayında isə dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-688,92 dollar, təyyarə yanacağının-576,85 dollar, dizel yanacağının-561,82 dollar, 1% kükürdlü mazutun qiyməti 331,98 dollar təşkil etmişdi.

Xatırladaq ki, bir müddət əvvəl SOCAR neft məhsullarının ixracının azalması səbəbini Bakıda keçirilən Avropa Oyunları ilə əlaqələndirmişdi. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri