Avq
2015
15:02
76
8
2264
Virtual karabakh

Neftin qiyməti ərzaq məhsullarının dəyərini ucuzlaşdırdı – RƏY

4 Avq, 2015
15:02
2264

Neftin qiyməti ərzaq məhsullarının dəyərini ucuzlaşdırdı – RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da südün qiyməti 65 sentə enib.

Neftin qiymətinin psixoloji həddən, yəni 50 dollardan aşağı düşməsi qlobal bazarda sənaye və ərzaq məhsullarının qiymətinin ucuzlaşmasına təsir göstərib. 

Oxu.Az-a bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması ilə əlaqədar bu gün ABŞ-da südün bir litr üçün qiyməti 80 sentdən 65 sentə enib.

“Azərbaycanda isə südün bir litr üçün qiyməti ən yaxşı halda 1 manatdır”.

İ.Şabanın sözlərinə görə, bu da imkan verəcək ki, Qərb yaxın 10 il üçün texnologiyalar sahəsində güclü sıçrayışlar etsin. 

Ekspertin sözlərinə görə, Qərb ölkələrinin əksinə, resurs ölkələri neftin qiymətinin yenidən bahalaşacağını gözləyir:

“Gözləməsə də belə, yığdıqları sərvəti, neftin yenidən bahalaşacağı günə qədər xərcləyirlər. Yəni Qərb inkişaf edir, resurs ölkələri isə kasıblayır”.

İlham Şaban OPEK-in baş katibinin neftin qiymətinin 2016-cı ildə stabil olacağı ilə bağlı proqnozuna isə bu cür aydınlıq gətirib:

“Davosda qeyri-rəsmi görüşlərin birində Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov bildirmişdi ki, baxmayaraq ki, OPEK dünyada neft hasilatının 1/3-nə nəzarət edir, bununla belə təşkilat artıq 10 ildir ki, qiymətlərə nəzarəti itirib”.

“Neftin qiymətinin ucuzlaşması idxalçı ölkələrə hansı şəkildə təsir edib?” sualına isə, ekspert bildirib ki, ucuzlaşmadan ən çox qazananlardan biri də idxalçı ölkələr olub:

“Yaponiya dünyada enerjiyə il ərzində təxminən 220 milyard dollar vəsait xərcləyir. Neftin qiymətinin iki dəfə enməsi vəziyyətində ölkə 100-110 milyard dollara qənaət edir. Bu vəsait isə texnologiyalar və s. sahələr üzrə xərclənir” - deyə, İ.Şaban əlavə edib. 

Qeyd edək ki, neftin qiyməti bazar ertəsi yenidən psixoloji həddi, yəni 50 dolları keçərək 49 dollara düşmüşdü. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri