Avq
2015
13:47
44
32
2292
Virtual karabakh

Ruhani: Azərbaycan İranın Qafqaz regionu ilə əlaqəsi üçün darvaza ola bilər – VİDEO

4 Avq, 2015
13:47
2292

Ruhani: Azərbaycan İranın Qafqaz regionu ilə əlaqəsi üçün darvaza ola bilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahin Mustafayev Tehranda səfərdədir.

İran prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevi qəbul edib.

Bu barədə Oxu.Az İran prezidentinin rəsmi saytına istinadən xəbər verir.

Görüşdə İran prezidenti hər iki ölkə hökumətinin müxtəlif sahələrdə münasibətlərin və əməkdaşlığın inkişafı üçün böyük potensiala malik olduğunu bildirib.  

Nüvə sazişindən sonra müxtəlif ölkələrin İrana sərmayə yatırmaqda maraqlı olduğunu qeyd edən İran prezidenti qonşu dövlətlərin, o cümlədən Azərbaycanın bu baxımdan üstünlüyə malik olduğunu vurğulayıb.

İki ölkənin inkişafında Şimal-Cənub dəhlizinin əhəmiyyətini qeyd edən prezident Ruhani bildirib ki, Azərbaycan İranın Qafqaz regionu ilə əlaqə saxlaması üçün darvaza ola bilər, Azərbaycanın isə Fars körfəzi və Oman dənizi vasitəsilə dünyaya çıxış əldə etmiş olar.

“Buna görə də, əməkdaşlığımızın möhkəmləndirilməsi üçün bu potensialdan istifadə etmək lazımdır”.

Ruhani neft və energetika sahəsində əməkdaşlığı münasibətlərin inkişafı üçün əsas mövzular kimi göstərib.

Öz növbəsində İranın nüvə problemi üzrə uğurunu qeyd edən Şahin Mustafayev bildirib ki, Azərbaycan bu sazişin regionda və dünyada sülh və sabitliyə dəstək verəcəyinə əmindir

Nazir Azərbaycanın İranla energetika, ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, neft və bank işi sahəsində İranla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.

Ülviyyə R. Əli

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri