Avq
2015
14:28
70
10
1425
Virtual karabakh

“Azəryolservis” açıq havada təmir işlərini məhdudlaşdırdı

4 Avq, 2015
14:28
1425

“Azəryolservis” açıq havada təmir işlərini məhdudlaşdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fasilə elan olunub”.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC müşahidə edilən isti hava şəraiti ilə əlaqədar açıq havada təmir-bərpa işlərinin həyata keçirilməsini dayandırıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, davam edən istilərlə əlaqədar olaraq iş prosesində fasilələr müəyyənləşdirilib.

“İş prosesi əsasən açıq havada olduğundan, “Azəryolservis” ASC tabeliyində olan yol istismar idarələrinə tapşırılıb ki, saat 08:00-dan 12:00-dək və 18:00-dan 21:00-dək iş prosesi keçirilsin. Saat 12:00-dan 18:00-dək fasilə elan olunub. İş qrafiki ancaq isti havalarla əlaqədar tətbiq edilib”, -  A.Nəcəfli qeyd edib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri