Avq
2015
16:05
13
111
2321
Virtual karabakh

Taner Yıldız: Bakı-Tiflis-Ərzurum qaz kəmərini PKK partladıb

4 Avq, 2015
16:05
2321

Taner Yıldız: Bakı-Tiflis-Ərzurum qaz kəmərini PKK partladıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli nazir açıqlama verdi.

Bakı-Tiflis-Ərzurum təbii qaz kəmərində partlayış PKK-nın hücumu nəticəsində baş verib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız bildirib. 

“Terror təşkilatı xalqımızın dinc və rifah halına qəsd etdiyini bir daha göstərdi. Bu gecə saat 01:15-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz boru xəttinin Sarıkamış Yağbasan kəndindəki hissəsinə terror təşkilatının etdiyi hücum qaz nəqlinin dayanmasına səbəb olub.

Bunlar əllərindən gəlsə, təkcə Çuxurcada yaşayan qardaşlarımızı deyil, Nişantaşındakı vətəndaşlarımızı da elektriksiz və təbii qazsız qoymaq fikrindədirlər”.

PKK teror təşkilatının bundan əvvəl etdiyi hücumlar ilə əlaqədar isə nazir bunları bildirib. 

“Bu mənfur hücumlardan ən çox bölgədəki qardaşlarımız zərər görür. O bölgələrdən gələn reaksiyalar, şikayət məktubları göstərir ki, vətəndaşların rahatlığına qəsd edilib. 

Vətəndaşlarımız terror təşkilatlarından da, hücumlardan da çox narahatdır. Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttində baş verən partlayış isə bütün bölgə vətəndaşların rahatlığını pozan ən böyük hücumlardan biridir ” - deyə, o əlavə edib.

Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib. 

Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri