Avq
2015
18:45
9
87
2978
Virtual karabakh

Sabah Bakının 3 qəsəbəsində qaz olmayacaq

4 Avq, 2015
18:45
2978

Sabah Bakının 3 qəsəbəsində qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəriqaz” İB məlumat yaydı.

Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, “Zirə-3”, “Dübəndi sobaları” və “28 May”, eləcə də Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Quba” Qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan, eləcə də Pirallahı rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Quba rayonunun qaz təchizatına təsir göstərməsi də mümkündür.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri