Avq
2015
18:09
32
14
1750
Virtual karabakh

İtalyan Snam-ı TAP-a 400 milyon avro yatırmaq niyyətindədir

4 Avq, 2015
18:09
1750

İtalyan Snam-ı TAP-a 400 milyon avro yatırmaq niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndi qaz ixracatçılarının gəlirinin azalması müşahidə edilir”.

İtaliyanın iri qazpaylayıcı şəbəkəsi Snam Transadriatik qaz kəməri (TAP) layihəsinə 400 milyon avro yatırmağa hazırlaşır.

Oxu.Az xəbər verir ki, beləliklə də Snam layihədə iştirak payının 20%-ni almaq istəyir.

Bəzi məlumatlara əsasən öncə layihəyə daxil olmuş Statoil və BP Tap-dakı iştirak paylarını satmağa hazırlaşırlar.

Snam-dan olan italyanlar Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini qazanmağı düşünürlər.  

İ.Əliyev vaxtilə layihəyə yeni iştirakçıların daxil olması üçün heç bir maneə görmədiyini bildirmişdi.

Snam-ın icraçı direktoru K.Malakarne, indi qaz ixracatçılarının gəlirlərinin azaldığının müşahidə edildiyini, bu səbəbdən də lojistik xərcləri azaltmaq lazım olduğunu bildirib.  

Universal Avropa qaz şəbəkəsi buna vasitəçi olacaq.

Snam şirkətinin 2015-ci ilin birinci yarımilliyinin nəticələrinə görə, samballı maliyyə nəticələri əldə etdiyi qeyd edilir, 2014-cü ilin analoji dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 3,8% artıb.

2015-ci ilin ilk 6 ayı üçün Snam 559 milyon avro dəyərində investisiya edib. Bu göstərici 1,8 milyard avrodan ibarət olub. TAP layihəsinə qoşulmaq istəyi barədə xəbərdən sonra şirkətin səhmlərinin qiyməti ciddi şəkildə artıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri