Avq
2015
16:35
31
26
1940
Virtual karabakh

SOCAR jurnalistdən təzminat tələb edir

6 Avq, 2015
16:35
1940

SOCAR jurnalistdən təzminat tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət məlumat yaydı.

Uzun müddət müxtəlif kütləvi informasiya vasitələrində SOCAR-ın işgüzar nüfuzuna, beynəlxalq aləmdə qazandığı müsbət imicinə xələl gətirmək məqsədi ilə “Yeni Çağ” qəzetinin redaksiyası və onun baş redaktoru Aqil Ələskər (Fərəcov Aqil Ələskər oğlu) tərəfindən yayılmış çoxsaylı məlumatların həqiqətə uyğun olmadığı artıq məhkəmədə də təsdiqini tapmayıb. 

Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib. 

Bu günlərdə SOCAR-ın müraciətinə əsasən, Səbail rayon məhkəməsində “Yeni Çağ” qəzetinin redaksiyası və Aqil Ələskər tərəfindən həm yerli, həm də xarici KİV-lərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti əleyhinə yayımlanmış 10-dan artıq böhtan xarakterli məlumatın, habelə Türkiyə Respublikasında fəaliyyət göstərən iki telekanala müsahibədə səsləndirilmiş qərəzli və əsassız ittihamların təkzib edilməsi, cavabdehlərin şirkətdən üzr istəmələri və şirkətin işgüzar nüfuzuna dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə qaldırılmış məhkəmə iddiasına baxılıb. 

Məhkəmə araşdırması nəticəsində cavabdehlər (“Yeni Çağ” qəzetinin redaksiyası və A.Ələskər) tərəfindən yayılmış həmin məlumat və ittihamların həqiqətə uyğun olmadığı müəyyən edilib, onları dərc etmiş kütləvi informasiya vasitələrində, o cümlədən, Türkiyə Respublikasının “Ulusal Kanal” və “A Haber” televiziya kanallarında təkzib verilməsi, cavabdehlərin həmin KİV-lərdə SOCAR-dan üzr istəmələri və şirkətin işgüzar nüfuzuna vurulmuş ziyanın maddi kompensasiyası olaraq onlardan 2000 (iki min) manat məbləğində pul tutulması qərara alınıb. 

Şirkət bildirib ki,  SOCAR hazırda Azərbaycanın və bütövlükdə regionun ən böyük və nüfuzlu şirkətlərindən biridir, müxtəlif xarici ölkələrdə iri maliyyə tutumlu, mühüm əhəmiyyətə malik sərmayə layihələri həyata keçirir və şirkətin uğurlu fəaliyyəti beynəlxalq miqyasda ona dərin rəğbət qazandırmışdır.

Bu gün beynəlxalq neft-qaz bazarında, nüfuzlu maliyyə institutlarında SOCAR-a böyük etimad göstərilir. Biz şirkətimizin işgüzar imicini yüksək tuturuq və ona ziyan vuran bu cür qərəzli informasiya kampaniyalarına qarşı hüquqi müstəvidə müvafiq tədbirlər həyata keçiririk. 

“SOCAR tənqid üçün açıq, KİV və media orqanları ilə səmimi işgüzar münasibətlərə malik bir şirkət kimi mübahisəli məsələlərin həllində “KİV haqqında Azərbaycan Respublikasının Qanunu”na, digər hüquqi normalara və jurnalistlərin peşə etikasına əsaslanır.

Bu səbəbdən bir daha bəyan edirik ki, gələcəkdə də SOCAR haqqında bu kimi yoxlanılmamış, faktlarla təsdiq edilməmiş, reallığa və həqiqətə uyğun olmayan məlumatlar yaymağa göstərilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq, qanuna müvafiq adekvat tədbirlər görüləcək”-deyə, şirkət bildirin.  

Ülviyyə R. Əli
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri