13 
Avq
2015
17:20
12
95
3945
Virtual karabakh

Rusiya Azərbaycan ilə sərhəddə sanksiya poliqonları yaradacaq

13 Avq, 2015
17:20
3945

Rusiya Azərbaycan ilə sərhəddə sanksiya poliqonları yaradacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş nazirin müavini bəyanatla çıxış edib.

Rusiya və Azərbaycan sərhəddini keçdiyi Dağıstanın üç rayonunda sanksiyalaşdırılmış ərzaq mallarının məhv edilməsi üçün poliqonlar yaradacaq.  

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Şərip Şəripov bildirib.

Belə ki, xüsusi poliqonlar Dərbənd, Məhərrəmkənd və Qarabudağkənd rayonlarında yaradılacaq.

“Günü sabah bu rayonlara Rusiya kənd təsərrüfatı nəzarəti, Rusiya istehlakçı nəzarəti, Dağıstan respublikasının Kənd təsərrüfatı və malları nazirliyinin, Respublikanın Təbii sərvətlər və ekologiya nazirliyinin, veterinariya üzrə komitənin nümayəndələrindən ibarət işçi qrupları yola düşəcək. Onlar yerli idarə orqanlarının əməkdaşları ilə birgə ətraf mühitə zərər vermədən sanksiyalaşdırılmış malların məhv edilməsi üçün yerləri müəyyənləşdirəcəklər”, - Şəripov ərzaq embarqosu çərçivəsində çatdırılması qadağan edilən malların məhv edilməsinin təşkili məsələlərinin müzakirəsinə həsr edilmiş iclasın gedişatında bildirib.

Nazir müavini qeyd edib ki, ərzaq embarqosu olan ərzaqların məhv edilməsi Dağıstan istehsalçılarına piştaxtalara öz mallarını çıxarmaq imkanı verəcək.

Xatırladaq ki, ABŞ, Aİ ölkələri, Kanada, Norveç və Avstraliyadan gətirilən ərzaq mallarına 2014-cü ildə Rusiya hökuməti tərəfindən qoyulan qadağa, sonradan 2016-cı ilin avqustuna qədər uzadılıb. Cari ilin iyun ayının sonunda ölkə rəhbərliyi Rusiya bazarlarına sanksiya siyahısına daxil olmayan ölkələrin istehsalı kimi daxil olan sanksiyalaşdırılmış malların məhv edilməsi barədə qərar qəbul edib.   

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri