17 
Avq
2015
11:40
54
15
1809
Virtual karabakh

Azərbaycanda qızılın hasilatı artdı

17 Avq, 2015
11:40
1809

Azərbaycanda qızılın hasilatı artdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gümüş istehsalı azalmaqda davam edir.

Azərbaycanda 2015-ci ilin 7 ayında qızıl hasilatı 1 325,3 kq olub, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 31,2% çoxdur. 

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. 

Komitənin məlumatına görə, 2015-ci ilin avqustun 1-nə hazır qızıl ehtiyatı 67 kq, gümüş ehtiyatı isə 5,7 kq təşkil edib. 

Bundan başqa, gümüş istehsalı bir ildə 73,9% azalıb. Belə ki, 2015-ci ilin yanvar-iyul ayları ərzində 53,8 kq gümüş istehsal edilib. 

Xatırladaq ki, Azərbaycanda ilk qızıl Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMK) tərəfindən 2009-cu ildə Gədəbəy yatağında hasil olunub. 

Məlumat üçün bildirək ki, AİMK şirkəti Gədəbəy yatağındakı faydalı qazıntıların artırılması, ehtiyatların sübut olunması və nəticədə 2015-ci ilədək 300 min unsiyadan çox qızılın hasil edilməsi planlaşdırılan Gədəbəy yatağının istismar müddətinin uzadılması üçün müəyyən kəşfiyyat strategiyasını icra edib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri