22 
Avq
2015
14:37
35
194
11963
Virtual karabakh

Bakıda banklar dollar satışını dayandırıb - FOTO

22 Avq, 2015
14:37
11963

Bakıda banklar dollar satışını dayandırıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi mübadilə şöbələri hətta avro satışını da həyata keçirmir.

Bu gün səhər saatlarında Bakı şəhərində fəaliyyət göstərən əksər bank filialları və valyuta mübadilə şöbələri nağd ABŞ dollarının müştərilərə satışını dayandırıb. Bəzi mübadilə şöbələri hətta avro satışını da həyata keçirmir.

Oxu.Az Report saytının məlumatına istinadən məlumat verir ki, "Unibank", "Bank of Baku", "Accessbank", "Zaminbank" və s. kommersiya banklarının paytaxtdakı valyutadəyişmə məntəqələrinin əməkdaşları valyutanın satışı prosesinin nə vaxt bərpa olunacağı haqqında məlumatsız olduqlarını və əməliyyatları baş ofisdən aldıqları göstəriş əsasında dayandırdıqlarını qeyd ediblər. 

"Report"un şəhərin mərkəzi hissəsində apardığı müşahidələrə əsasən, "Zaminbank", "Kredo bank", "Atrabank", "Muğanbank", "AGBank", Azərbaycan Beynəlxalq Bankı, "Amrahbank" və "United Credit Bank"ın əksər valyuta mübadilə şöbələri və bir çox filial və mübadilə şöbələri bağlanıb, açıq olanlar isə əsasən İran rialı, Gürcüstan larisi və Rusiya rublunun alqı-satqısını həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ötən gün ABŞ dollarının rəsmi məzənnəsini 1,0479 manat səviyyəsində müəyyənləşdirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri