28 
Avq
2015
14:55
62
36
2133
Virtual karabakh

Azərbaycanın yerli məhsulları Rusiya bazarında

28 Avq, 2015
14:55
2133

Azərbaycanın yerli məhsulları Rusiya bazarında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Razılıq əldə olundu.

Azərbaycan istehsalı olan ət və süd məhsulları Rusiyaya ixrac olunacaq. 

Bu barədə Oxu.Az-a İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib. 

Nazirliyin məlumatına görə, artıq ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsi Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən reyestrə daxil edilib. 

“Bu isə həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac etmək imkanı yaradır” - deyə, nazirlikdən bildirilib. 

Nazirlik onu da vurğulayıb ki, digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri