28 
Avq
2015
21:38
66
17
3097
Virtual karabakh

“Azərpoçt” Gürcüstanla sərhəddə bank-maliyyə xidmətləri göstərəcək

28 Avq, 2015
21:38
3097

“Azərpoçt” Gürcüstanla sərhəddə bank-maliyyə xidmətləri göstərəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar filial yaratmaqda maraqlı deyillər.

Qazax rayonunun “Sınıq körpü” sərhəd keçid məntəqəsində yeni poçt şöbəsinin yaradılmasına böyük tələbat var. Buna qədər sərhəd keçid məntəqəsində əvvəllər bir neçə dəfə xüsusi avtomobillərlə səyyar poçt xidməti göstərilib.

“Azərpoçt” MMC-dən Oxu.Az-a verilən məlumata görə, “Sınaq Körpü”də bank və maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən valyutadəyişmə məntəqəsinin yaradılması da təmin ediləcək.  

“Azərbaycana gələn qonaqların ölkəmiz haqqında ilk təəssüratlarının formalaşdığını nəzərə alsaq, yeni poçt şöbəsi ən müasir tələblər səviyyəsində milli ornamentləri də özündə əks etdirərək yaradılması nəzərdə tutulur. 

Hazırda ərazidə valyutadəyişmə işləri qara bazar tipində həyata keçirilir və bu da özündə bir çox problemlər yaradır. Sərhəd keçid məntəqəsində valyutadəyişmə əməliyyatından başqa digər xidmətlərə bir o qədər də tələbat olmadığından rayonda fəaliyyət göstərən banklar filial yaratmağa maraqlı deyillər. 

Azərbaycanda yeganə milli poçt operatoru kimi 1500-dən çox poçt şöbəsi olan iri xidmət şəbəkəsinə malik olan “Azərpoçt” regionlarda əhaliyə göstərilən bank-maliyə xidmətlərində banklardan birmənalı olaraq öndədir”, - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, yeni poçt şöbəsinin yaradılması ilə istifadəçilər bank və maliyyə xidmətləri ilə yanaşı məktub, bağlama və banderolların, teleqramların, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərindən yararlana biləcək.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri