29 
Avq
2015
11:04
16
64
2258
Virtual karabakh

Fermerlərə güzəştlər ilə bağlı – YENİ DƏYİŞİKLİK

29 Avq, 2015
11:04
2258

Fermerlərə güzəştlər ilə bağlı – YENİ DƏYİŞİKLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti məlumat yaydı.

Baş nazir Artur Rasizadə “Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 2008-ci il 13 iyun tarixli qərarında dəyişiklik edib.

Oxu.Az-ın məlumatına görə, dəyişiklik buğda və çəltik səpini ilə bağlıdır.

Dəyişikliyə əsasən, sənədlərin yubanması ilə əlaqədar, dövlət büdcəsindən çəltik və buğda səpini üçün fermerlərə ayrılan vəsaitlərin verilməsi cari ildə mümkün olmadıqda, həmin vəsaitlər dövlət büdcəsi hesabına növbəti il ödənilməsi təmin edilməlidir:

“Fermerlərə buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası və Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmış mineral gübrələrin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına tətbiq edilən güzəştin məbləğinin ödənilməsi sənədlərin təqdim edilməsinin yubanması ilə əlaqədar olaraq cari ildə ayrılmış büdcə vəsaiti hesabına mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etməlidirlər”.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri