31 
Avq
2015
16:30
57
22
2181
Virtual karabakh

Azərbaycan aqrar məhsullarının Rusiyaya ixracı bazarda nəyi dəyişəcək? – RƏY

31 Avq, 2015
16:30
2181

Azərbaycan aqrar məhsullarının Rusiyaya ixracı bazarda nəyi dəyişəcək? – RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu razılıq fermerlər üçün arzuolunandır”.

Bir müddət əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan istehsalı olan ət və süd məhsullarının Rusiyaya ixrac olunacağını qeyd etmişdi. 

Nazirlik bildirib ki, artıq ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsi Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən reyestrə daxil edilib. 

“Bu isə həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac etmək imkanı yaradır” - deyə, nazirlikdən bildirilmişdi. 

Ümumiyyətlə, belə bir razılaşma Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrə necə təsir göstərə bilər? Azərbaycanın daha hansı məhsulları Rusiya bazarı üçün əlverişlidir? 

Oxu.Az-ın bu suallarını iqtisadçı-ekspert Oqtay Haqverdiyev cavablandırıb. 

Ekspert belə bir razılığın iki ölkənin iqtisadi əlaqələrini inkişaf etdirmək baxımından müsbət olduğunu qeyd edib. Bununla belə, O.Haqverdiyev düşünür ki, bu, ümumilikdə Rusiyanın Azərbaycan ixracatında payını 1% artıra bilər.

“Rusiyanın Azərbaycan ixracatında xüsusi çəkisi 7-8% arasında dəyişir. Razılıqdan sonra bu rəqəm ən yaxşı halda 1% arta bilər. Bunun isə Azərbaycan iqtisadiyyatına elə də böyük təsiri yoxdur”. 

Onun sözlərinə görə, bu razılıq fermerlər üçün arzuolunandır:

“Daxili bazarda tələbat olmadığından bu cür aqrar məhsullar itkiyə məruz qalırdı. Bildiyiniz kimi Rusiya bir müddət əvvəl Azərbaycan məhsullarını idxal etməyə də qoymurdu. Hazırda isə orda iqtisadi vəziyyət dəyişdiyindən, Rusiya Azərbaycanın istənilən məhsullarını idxal etməyə razılıq verib”.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi qeyd edib ki, digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri