31 
Avq
2015
12:55
62
15
1245
Virtual karabakh

Azərbaycan Gürcüstana ixracı azaltdı

31 Avq, 2015
12:55
1245

Azərbaycan Gürcüstana ixracı azaltdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son hesabat.

2015-ci ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana ixracın həcmi 55% (182,6 milyon dollar) azalaraq, 151,6 milyon dollar, yaxud ümumi ixracatın 6,9 %-ni təşkil edib.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsinin yanvar-iyul ayları üçün açıqladığı hesabatda deyilib. 

“2015-ci ilin 7 ayı ərzində Gürcüstandan Azərbaycana 46 milyon dollar dəyərində minik avtomobilləri ixrac olunub, bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 121 milyon dollar azdır” - deyə, komitənin yaydığı hesabatda vurğulanıb. 

Bundan başqa, Gürcüstana Azərbaycandan idxalın həcmi də aşağı düşüb.

Cari ilin ilk 7 ayında Azərbaycandan Gürcüstana ixracatın həcmi ötən illə müqayisədə 9,1% azalaraq, 316,1 milyon dollar, yaxud Gürcüstanın ümumi idxalatının 4,4 %-ni təşkil edib.

Azərbaycandan Gürcüstana 79,4 milyon dollarlıq, 150,1 min ton neft və neft məhsulu ixrac edilib ki, bu da ötən ilin uyğun dövründəkindən 56,2 milyon dollar azdır.

Qeyd edək ki, bununla belə, 2015-ci ilin 7 ayında Azərbaycan Gürcüstanın ikinci ticarət tərəfdaşı olub. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri