31 
Avq
2015
12:40
60
34
1758
Virtual karabakh

Azərbaycana Bolqarıstanda AES tikmək təklif edilir

31 Avq, 2015
12:40
1758

Azərbaycana Bolqarıstanda AES tikmək təklif edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hal-hazırda Azərbaycan tərəfi bu layihələri və onların rentabelliyini öyrənir.

Bolqarıstan ərazisində AES-in (Atom elektrik stansiyası) tikilməsi Bolqarıstan hökumətinin Azərbaycana enerji sahəsində əməkdaşlıqla bağlı göndərdiyi təkliflər paketinin bir hissəsidir.

Oxu.Az xəbər verir ki, Bolqarıstan hökuməti Azərbaycana enerji sahəsində əməkdaşlıqla bağlı təkliflər paketi göndərib.

Diplomat qeyd edib ki, Azərbaycan tərəfinə Bolqarıstan ərazisində Atom elektrik stansiyasının inşasında iştirak etmək təklif olunur. Bununla yanaşı, təkliflər paketinə neft-qaz anbarlarının, neft emalı zavodlarının tikintisinə investisiya yatırmaq daxildir.

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bildirib ki, hal-hazırda Azərbaycan tərəfi bu layihələri və onların rentabelliyini öyrənir.

“Energetik əməkdaşlıq Bolqarıstan və Azərbaycanın əməkdaşlığının əsas istiqamətlərindəndir. Bolqarıstan, Azərbaycan qazının alınmasında maraqlıdır, hökumətin planında ildə milyard kubmetr həcmində qaz almaqdır. Gələcəkdə bu həcm artırıla bilər”, səfir deyib və qeyd edib ki, hal-hazırda Yunanıstan-Bolqarıstan interkonnektor ilə Azərbaycan qazının nəqlinə dair danışıqlar davam edir.

“Bolqarıstan gələcəkdə Transadriatik (TAP) qaz kəməri ilə birləşəcək qaz kəmərini tikmək niyyətindədir, bu kəmər ilə Azərbaycan qazı Avropaya nəql ediləcək. Beləliklə, Bolqarıstan Azərbaycandan qaz almaq imkanına malik olacaq” , - Kərimov deyib.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri