31 
Avq
2015
14:32
62
62
26710
Virtual karabakh

Sentyabrın 1-dən marşrut xətlərində edilmiş dəyişikliklə bağlı – RƏSMİ AÇIQLAMA

31 Avq, 2015
14:32
26710

Sentyabrın 1-dən marşrut xətlərində edilmiş dəyişikliklə bağlı – RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

100 saylı marşrut xətti ləğv edilir.

Bakıda mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının Oxu.Az-a verdiyi məlumata görə, buna səbəb Baku-Bus” MMC-nin 1 saylı marşrut avtobusunun fəaliyyətə başlamasıdır.

1 saylı marşrut avtobusunun hərəkət cədvəli: 

“Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti – “28 May” metro stansiyası istiqamətində olacaq. 

Məlumata əsasən, 100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıycısının xidmətinə verilib. 

Oxu.Az hərəkət cədvəlində dəyişiklik edilən digər avtobusların siyahısnı və marşrutunu təqdim edir:

11 nömrəli marşrutun əvvəlki xətti: 

Sadıqcan küçəsi. – “H.Aslanov” metro st.dan Q.Qarayev pr. ilə “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Xətai pr. – Süleymanov küç. – Azadlıq pr. – S.Rəhimov küç. (son) 

Yeni xətlə:  

“H.Aslanov” metro st.dan Q.Qarayev pr. ilə “Koroğlu” metro st. – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – Ak.H.Əliyev küç. – “Gənclik” metro st. – Ağaoğlu küç. – Xətai pr. (son) olmaqla əvəz olunub.

38 nömrəli marşrutun əvvəlki xətti: 

Keşlə qəs. – H.Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – A.Nemətulla küç. – “N.Nərimanov” metro st. – F.Xoyski küç. – S.Vurğun küç.

Yeni xətlə:

Keşlə qəs. – H.Əliyev pr. – “Şəfa” stadionu – M.Nərimanov küç. (tunel) – “Ulduz” metro st. – Heydər Əliyev prospekti – A.Nemətulla küç. və sonra mövcud xətti ilə əvəz olunub.

136 nömrəli marşrutun əvvəlki xətti:

S.Vurğun bağı – Neftçilər pr. – Yusif Səfərov küç. – Heydər Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev pr. – Mərdəkan qəsəbəsi. – Şüvəlan Şimal DRESS 

Yeni xətlə:

“Qara Qarayev” metro st. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunub.

184 nömrəli marşrutun əvvəlki xətti: 

Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu” metro st. – Heydər Əliyev pr. – Həsənoğlu küç. – “N.Nərimanov” metro st.

Yeni xətlə:

Suraxanı qəs. – Heydər Əliyev pr. – “Koroğlu” metro stansiyası da daxil olmaqla əvəz olunub.

Dəyişiklik 1 sentyabr 2015-ci ildən qüvvəyə minir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri