24 
Sen
2015
16:20
163
22
3547
Virtual karabakh

NİİM-dən TƏKLİFLƏR: Cavadxan küçəsində dəyişiklik - FOTO

24 Sen, 2015
16:20
3547

NİİM-dən TƏKLİFLƏR: Cavadxan küçəsində dəyişiklik - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ak. Həsən Əliyev küçəsidə isə geriyə dönmənin yaradılması təklif edilir.

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra təkliflər hazırlayıb.

NİİM-dən Oxu.Az-a daxil olan məlumata görə, Nəsimi rayonu, 4-cü mkr dairəsində, Cavadxan küçəsi və 20 Yanvar küçəsi istiqamətindən gələn nəqliyyat vasitələrinin bir qismi dairədən sola dönüb, Hüseyn Seyidzadə küçəsinə doğru hərəkət edən zaman dairədəki nəqliyyat vasitələri ilə konflikt yaradır ki, bu da bir çox hallarda qəza hallarının yaranmasına səbəb olur. 

Qeyd olunanları nəzərə alaraq, Cavadxan və 20 Yanvar küçələri istiqamətindən dairəyə doğru hərəkət edib (sayının çox olmadığını nəzərə alsaq), sola dönmək istəyən nəqliyyat vasitələrinin, sxemdə göstərildiyi qaydada dairədən sola dönməsini qadağan edib, irəlidən, Cavadxan küçəsindən geriyə dönməsinin təşkil edilməsi təklif edilir.

M.K.Atatürk prospekti ilə Ak. Həsən Əliyev küçəsinin kəsişməsində isə, Ak. Həsən Əliyev küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin geriyə dönməsinin təşkili məqsədilə yolötürücünün üzərində geriyə dönmənin yaradılması təklif edilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri