Okt
2015
17:39
31
6
1314
Virtual karabakh

“Baku Business Factory” təşəbbüskarlıq mövzusunda biznes forum keçirəcək

6 Okt, 2015
17:39
1314

“Baku Business Factory” təşəbbüskarlıq mövzusunda biznes forum keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Forumun əsas məqsədi yeni biznes təşəbbüslərini təşviq etməkdir.

“Baku Business Factory”nin təşkilatçılığı ilə oktyabrın 10-da təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək.

BBF-dən verilən məlumata görə, forumda dövlət rəsmiləri, bir çox yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, elm xadimləri və xarici mütəxəssislər iştirak edəcəklər.

Forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə dünya miqyasında uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır.

Forum bu istiqamətdə atılan ilk addımdır və gənc təşəbbüskarların biznes biliklərinin artırılması üçün davamlı olaraq bu tərzdə forumlar, seminarlar və təlimlər keçiriləcək.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin (www.anaralizade.com) təşəbbüsü ilə yaradılmışdır.

BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlamaq olar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri