Okt
2015
17:31
65
14
1897
Virtual karabakh

Azərbaycanlı şirkət tatarlar üçün şirə istehsal edəcək

6 Okt, 2015
17:31
1897

Azərbaycanlı şirkət tatarlar üçün şirə istehsal edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zavod ekoloji təmiz meyvələrdən şirələrin hazırlanması ilə məşğul olacaq.

Tatarıstan Respublikasında azərbaycanlı investor lojistik mərkəzi olan və ekoloji təmiz meyvələrdən şirələr istehsal edəcək zavod inşa edəcək.

Oxu.Az bu barədə rcmm.ru-ya istinadən xəbər verir.

Xəbər verildiyi kimi təməlin iş daşının qoyulmasının təntənəli mərasimi sabah Tatarıstan prezidenti Rüstəm Minnixanovun iştirakı ilə keçiriləcək.

Tikinti meydançası Laişevski rayonunun Sokurı qəsəbəsində yerləşəcək. Zavod ekoloji təmiz meyvələrdən şirələrin hazırlanması ilə məşğul olacaq.

Layihənin investisiya həcmi 4 milyard rubldan ibarətdir. Layihə tam qüvvəsi ilə işləməyə başladıqda müəssisə ildə 53,856 milyon litr şirə istehsal edəcək.  

İstehsalata 250-dən çox rayon sakini işə düzələcək. Zavodun və lojistik mərkəzin 2017-ci ilin əvvəlində işə düşəcəyi gözlənilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri