Okt
2015
21:20
6
68
4281
Virtual karabakh

Sabah bir sıra rayonlarda qaz olmayacaq

6 Okt, 2015
21:20
4281

Sabah bir sıra rayonlarda qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR məlumat yaydı.

Sabah saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Muğan”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba” və “Xaçmaz”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

Bu barədə Oxu.Az SOCAR-a istinadən xəbər verir.

Məlumata əsasən, təmir müddətində Hacıqabul rayonunun Muğan və Udulu, eyni zamanda Daşkəsən rayonunun Xoşbulaq kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhərinin Yasamal və Səbail rayonlarının, eləcə də Quba və Xaçmaz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri