Okt
2015
10:00
9
44
2490
Virtual karabakh

Bu gün beş rayonda qaz olmayacaq

7 Okt, 2015
10:00
2490

Bu gün beş rayonda qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəriqaz” məlumat yaydı.

Bu gün Şirvan, Oğuz, Cəlilabad, Ağcabədi rayonlarında və Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib. 

Məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə diametri 530 və diametri 219 mm-lik orta təzyiqli qaz xətlərinin üzərində RDUK-2H-200 qaz tənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar oktyabrın 7-də saat 10:00-dan işlər yekunlaşanadək, Şirvan, Oğuz, Cəlilabad, Ağcabədi rayonlarının və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri