May
2024
03:41
52
13
1409
Virtual karabakh

“Formula-1”in ən yaxşı bolidinin yaradıcısı “Red Bull”u tərk etdi

2 May, 2024
03:41
1409

“Formula-1”in ən yaxşı bolidinin yaradıcısı “Red Bull”u tərk etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırkı Konstruktorlar Çempionatının qalibi “Red Bull” ən uğurlu “Formula-1” bolidini yaradan texniki direktor Edrian Nyuinin vaxtından əvvəl getdiyini rəsmən təsdiqləyib.

Komandanın saytında verilən məlumata görə, Nyui 2025-ci ilin birinci rübündə postunu tərk edəcək.

Texniki direktor işindən ayrılana qədər “Red Bull”un ilk hiperkarı “RB17”nin son hazırlanmasına diqqət yetirəcək.

Xatırladaq ki, Nyui 2006-cı ildən “Red Bull”dadır və “Formula-1”in ən yaxşı bolidi sayılan, 2023-cü ildə 22 yarışdan 21-də qalib gələn “RB19” da daxil olmaqla komandanın bütün yeddi çempion avtomobilinin konsepsiyalarının müəllifi olub.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri