24 
İyl
2014
18:40
65
10
3829
Virtual karabakh

Çimərliklərdə sərxoşluqla mübarizənin unikal belarus üsulu – VİDEO

24 İyl, 2014
18:40
3829

Çimərliklərdə sərxoşluqla mübarizənin unikal belarus üsulu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sərxoş halda çimənlərə əbədi xatirə”.

Belarusiya FHN-in yeni çarxı “Sərxoş çimənlərə yaddaş kitabçası” qurbağa və pişiklər haqqında şeirlərin davamı oldu.

Oxu.Az Belarusiya KİV-nə istinadən xəbər verir ki, ölkənin su hövzələrində 269 nəfər həlak olub. Onların 18 nəfəri uşaq olub. 268 nəfər batanı isə xilas etmək mümkün olub. Bu insanların 75-85%-i suya sərxoş halda daxil olublar. Əgər söhbət böyüklərdən gedirsə, təbii ki, sərxoşların faizi artır.

Belarusiya FHN-in mətbuat katibi Vitali Noviski:

“Bu bizim reklam agentlikləri ilə qeyri-kommersiya əməkdaşlığı sahəsində ilk təcrübəmiz deyil. Bizim qurbağa, pişik və böcəklər haqqında səs-küyə səbəb olmuş plakatlarımız olub. Məsələn, “Hər bir qurbağa günəşi sevir, amma içkili halda dənizə girmir”. Və ya “Böcəklər yataqda siqaret çəkmir, uzun ömür sürür və əziyyət çəkmir”. Biz istənilən auditoriyaya təsir etmək üçün üsullar axtarırıq. Məhz belə videoçarx internet-formata uyğundur: paylaşmaq və müzakirə etmək olar.

Bundan başqa isə gənclər bunu bir-birinə göndərərək gələn dəfə suya içkili vəziyyətdə girməmişdən əvvəl ayaq saxlayarlar. Bununla yanaşı bütün standart üsul və tədbirlər qaydasında yerinə yetirilir: FHN-in xilasediciləri və əməkdaşları növbədədirlər, insanlarla ünsiyyətdədirlər”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri