31 
Avq
2014
12:30
57
15
1237
Virtual karabakh

“MSN Messenger”in fəaliyyəti tamamilə dayandırılır

31 Avq, 2014
12:30
1237

“MSN Messenger”in fəaliyyəti tamamilə dayandırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft” 2013-cü ildə proqramın dəstəyini dayandırıb.

“The Verge” nəşri yazır ki, “Microsoft” korporasiyası oktyabrın 31-də “MSN” messencerinin dəstəyini tamamilə dayandıracaq. Messencerin istifadəçiləri şirkətin başqa məhsuluna (Skype) keçməli olacaqlar. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “MSN Messenger” artıq dünyanın əksər ölkələrində işləmir: “Microsoft” 2013-cü ildə proqramın dəstəyini dayandırıb. Yalnız Çində “MSN Messenger” əlçatan olub. Lakin 1 noyabr tarixindən proqramın Çin versiyası əlçatmaz olacaq. 

“MSN Messenger” 1999-cu ildə istifadəyə verilib. Proqram son dərəcə populyar idi: 330 milyon insan ondan istifadə edib. Bu göstərici “Snapchat” istifadəçilərinin sayından üç dəfə daha çoxdur və “Gmail” istifadəçilərinin 75 faizini təşkil edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri