Sen
2014
11:41
43
5
2715
Virtual karabakh

Ən yaxşı müdafiə olunmuş Android–smartfon – FOTO + VİDEO

2 Sen, 2014
11:41
2715

Ən yaxşı müdafiə olunmuş Android–smartfon – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Apparatın xüsusi sertifikatı var.

Norveçin Bartec Pixavi şirkəti bazarda mövcud olan smartfonlardan daha dayanıqlı smartfon – Android – aparat İmpact X-i təqdim edib.

Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, İmpact X  alümin korpusa malikdir, qurğunun displeyi 4,3 düymdür, zədələrdən ikimillimetrlik Gorilla Glass şüşəsi ilə qorunur. Bu barədə 3Dnews portalı yazıb.

Smartfon tamamilə İP68 müdafiə standartına uyğundur, bu isə korpusun içinə tozun daxil olmasını istisna edir. Bundan başqa smartfon uçün 3 metrə qədər dərinlikdə suya düşmək qorxulu deyil.

İmpact X yaradıcılarının bəyanatlarına uyğun olaraq qurğu 20-dən 45 dərəcəyə qədər tempertaturda işləmək qabiliyyətinə malikdir. Bunadna başqa Apparat partlayış təhlükəsi olan zonalarda istifadəyə yararlı olduğuna dair sertifakata malikdir.

Qeyd edək ki, İmpact X müasir smartfonlardan elə də çox fərqlənmir. Gözə yalnız qurğunun ön panelində metal klavişlər və arxa panelində iki eyni kameranın olması çarpır. Kameralardan biri digərinə nisbətən 90 dərəcə çevrilib. Bu isə tam ekranlı rejimdə çəkiliş aparmağa imkan verir.

İmpact X Android 4.2.2 Jelly Bean sistemində çalışır. Smartfon Wi-Fi 802.11a/b/g/n adapterləri və Bluetooth 4.0, GPS, üçoxlu hiroskop, akselerometr, electron kompas, temperatur və təzyiq ölçənlə təchiz edilib. Akkumlyatorun həcmi 3000 mAç, qurğunun çəkisi 200 qramdır.

Telefonun qiyməti 1000 dollardan 1200 dollara qədər olacağı ehtimal edilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri