Sen
2014
11:51
23
113
6895
Virtual karabakh

Hicablı jurnalist başını necə açdı? - TƏƏSSÜRATLARI + FOTO

2 Sen, 2014
11:51
6895

Hicablı jurnalist başını necə açdı? - TƏƏSSÜRATLARI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Öz-özümə verdiyim sualın cavabı belə idi: "Yox!""

Şayma Xəlil BBC müxbiridir. O, 10 ildən çox örtülü gəzib və ötən il başını açmağa qərar verib. İndi Pakistanda bölgə müxbiri kimi vəzifə daşıyacaq və buna görə bəzi hallarda yenidən başını örtmək məcburiyyətində qalacaq. Jurnalist şəxsi başörtüsü hekayətini qələmə alıb.

Oxu.Az ANN.Az istinadən həmin təəssüratları sizinlə bölüşür:

"Qadın başörütsü müsəlman ölkələrində ciddi bir simvoldur. İllər sonra başını açan bir jurnalist Pakistana göndərildiyi üçün yenidən örtünmək məcburiyyətindədir və o, jurnalist mənəm.

Ailəmin 1950-60-cı illərdən qalan fotoları Misirin keçirdiyi sosial və iqtisadi vəziyyətinin bariz nümnunəsidir. Sadəcə ailəmin əksəriyyəti hərbi geyimdə olan kişilərinə görə deyil, həm də qadınlarının görkəmi baxımından bu cümləni işlətdim. Baxın, qısa qollu paltarlı qadınlar mənim ailəmdirlər. Və saçları! Xalalarımın və digər qohumlarımın sadəcə alış-verişə, ya da universitetə getmək üçün gözəlcə forma verdikləri saçları gözqamaşdıran "Vintage" jurnalının ayrı-ayrı saylarından götürülmüş saç dəbləridir.

Amma zaman dəyşdi. 1980-90-cı illərdə islamın qatı qollarından biri olan vəhhabilik Səudi Ərəbistanında və Körfəz ölkələrində hakimiyyəti ələ aldı, ordan da milyonlarca misirlinin "yardımı" ilə ölkəyə daşındı.

Siyasi islam hərəkatı, xüsusilə də Müsəlman Qardaşları sürətlə şəhərlərə sirayət edir. Az sonra ailəmdəki bütün qadınlar başlarını örtmək məcburiyyətində qalacaqdılar. 

Başörtüsünün islamda qadın üçün hansı məna daşıması çox mübahisəlidir, həm uzun, həm çürükçü bir işdir. Həm də buna bir az qarmaqarışıq, bir az düşmənçilik elementlərinin qatıldığını da deyərdim...

Bu məsələ ilə bağlı ən əvvəl "Quran" ayələrinə istinad olunur. Orada təxminən belə deyilir ki, müsəlman qadınlar başlarını və sinələrini örtməlidirlər. Bəzi islam alimləri buna fərqli izahatlar verirlər. Eləcə də Məhəmmə Peyğəmbərlə bağlı "qadının əllərindən və üzündən başqa hər yeri örtülü olmalıdır" hədisində də anlaşılmazlıq var.

Mən 20 yaşıma qədər başımı örtmədim, anamın illərlə sürən basqısına rəğmən özümü buna heç cür zorlaya bilmirdim.

Anam "nə gözləyirsən" - deyə soruşurdu. Şalvar və köynəklərimi göstərib - "Birdən sənə bir şey olarsa, Allahın qarşısına bu şəkildə çıxacaqsanmı?" - deyirdi.

Bəzən gülər, başımı sallayıb keçərdim, bəzən də dalaşar, mübahisə edərdim.

Amma içimdən bir səs ən doğrusunun başımın örtülməsi olduğunu deyirdi. Nəhayət, 2002-ci ilin sonlarında bu doğru səsə qulaq asıb "doğru şeyi" həyata keçirtdim.

Növbəti on il ərzində həyatımda xeyli şey dəyişdi - Londona köçdüm, BBC-nin müxbiri oldum, əlbəttə ki, başıörtülü.

Şüarım bu idi: "Mən bir BBC müxbiriyəm".

Televiziyaya çıxdığımda çalışdığım təşkilatdan kənar bəzi adamlar qaşlarını çatıb "BBC başıörtülü qadını küçələrə salıb necə xəbər hazırlatdırır, çalışdırır" - deyirdilər. Amma yaxşı ki, xarici görünüşümün redaktorlarım üçün heç bir önəmi yox idi.

Ötən il islam dini ilə bağlı araşdırmaya başladım - bilmək istədiklərim çox idi. Ən çox da bu dinlə bağlı nəyin inancdan gəldiyini, nəyin isə sadəcə adət etdiyimi araşdırmaq idi. Onların fərqini ortaya qoymaq istəyirdim. 

Əslində, inancımın nə qədər olduğunu müəyyənləşdirməkdə də çox maraqlı idim. Araşdırmamın sonunda bu sualı özümə verdim: "Başımı açsam, daha az inanclı olacammı? Müsəlman hesab edilməyəcəmmi?". Öz-özümə verdiyim sualın cavabı belə idi: "Yox!"

Nəticədə aylar sürən tərəddüddən sonra başımı açmağa qərar verdiyim gün gəldi. Geyinməyim saatlar sürdü, normalda başımı örtmək növbəsi çatanda hicabıma toxunmadım, onu başıma örtmədim.

10 ildən çox vaxtdan sonra ilk dəfə saçımla bağlı həyəcan keçirdim. Necə görünürlər? Bəs bu bəyaz saçlar? Yağış yağarsa, nə olar?

İndi isə evdən çıxma vaxtı idi. Ən çətini elə bu idi... Sadəcə qapıdan çıxmaq 30 dəqiqə vaxtımı aldı. Tez-tez güzgüyə tərəf qaçırdım - "Əminsənmi?", "Əminsənmi".

Özümü güclə küçəyə atmışdım, bəli, sözün həqiqi mənasında atmışdım. İndi də digər suallar məni təqib etməkdə idi: "Birdən Allah bunun üçün məni başqa cür cəzalandırarsa, bəs onda? Görəsən, tanışlar məni görüb "Şayma, sən neynədin?" deməyəcəklər ki?"

Bunların heç biri olmadı. Əgər bilmək istəyirsinizsə, dostlarımın, ailəmin və iş yoldaşlarımın çoxu mənə dəstək verdi. Əlbəttə, bəziləri bunu bəyənmədilər, hətta sosial media məni dinimi tərk etməkdə suçladı da...

Onlara isə bir cavabım oldu: mən hələ də müsəlmanam, sadəcə, bir az indi fərqli görünürəm.

Ən çox ailəmin reaksiyası məni qorxudurdu. Qohumlarımdan biri mənə telefon açdı: "Sadəcə Allaha aidik və yenə də ona dönəcəyik".

Bu, birisi öldüyündə, yaxud fəlakət olduğunda oxunan bir duadır.

Və indi, bir il əvvəl olan hadisələrdən sonra BBC məni Pakistana - bölgə müxbirliyi etməyə yollayır. Ölkənin bəzi mühafizəkar yerlərində mədəniyyət və eləcə də, təhlükəsizlik səbəbləri ilə başımı yenidən örtmək məcburiyyətində qalacam.

İronik haldır, eləmi? Əlbəttə bu, başımı açmaq cəsarətini göstərdikdən sonra onu yenidən örtmək məcburiyyətində qaldığım üçün verdiyim sualdır. Təskinliyim odur ki, bu. ən azından bir müddət davam edəcək.

Nəysə, yaxşı ki, köhnə şarflarımın hamısını atmamışam...

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri