23 
Sen
2014
19:51
34
92
16441
Virtual karabakh

Dünyanın yeni seksual canisi - FOTO

23 Sen, 2014
19:51
16441

Dünyanın yeni seksual canisi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu qız əvvəlcə sizin qəlbinizi, sonra isə əşyalarınızı oğurlayacaq”.

İnternetdə reytinq qazanan növbəti yaraşıqlı cani qadınla tanış olun. 

Bu 21 yaşlı qızın adı Stefani Boduadır, o 42 evi talamaqda şübhəli bilinir və Qərb mediası ona dünyanın ən seksual qadın canisi adını verib.

Oxu.Az Publika.Az-a istinadən xəbər verir ki, qadın həbs edildikdən sonra onun bikinidə fotoları paylaşılıb. Bundan sonra caninin şan-şöhrəti birə-beş artıb.

Tibb təhsili alan qız evlərə daxil olaraq zinət əşyalarını qarət edib. 21 yaşlı qızın şərikləri də yeniyetmələr olub. Bundan əlavə, o, qanunsuz odlu silah gəzdirdiyi üçün də ittiham olunur. Onun məhkəmə işi noyabrın 17-də keçiriləcək.

“Twitter” sosial şəbəkəsində Stefani “dünyanın yeni seksual canisi” adlandırılıb.

Sosial şəbəkə istifadəçilərindən biri yazıb: “Stefani Bodua əvvəlcə sizin qəlbinizi, sonra isə əşyalarınızı oğurlayacaq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri