20 
Okt
2014
23:25
169
24
13095
Virtual karabakh

Aslan ovunun hamilə olduğunu görəndə - FOTO

20 Okt, 2014
23:25
13095

Aslan ovunun hamilə olduğunu görəndə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dişi aslanın bu hərəkəti fotoqrafı heyrətləndirib.

Fotoqraf Qerri Van Der Volt çəkiliş apararkən inanılmaz bir ana şahidlik edib və bunu çəkməyi bacarıb.

Şəkillər Cənubi Afrikada vəhşi heyvanların yaşadığı bölgə olan “Madikwe Game Reserve”də çəkilib.

Belə ki, ac dişi aslanın ovuna ceyran düşür. Aslan ceyranı parçalamağa başlayanda ovunun hamilə olduğunu görür. Aslan bu andan etibarən fotoqrafçını belə çaşdıran reaksiyalar verməyə başlayır.

Ceyranın qarnından balanı çıxaran aslan, ceyran balasının üzərində olan tullantıları dəqiqələrlə yalayaraq təmizləyir. Aslan o anlarda ətrafdan gələ biləcək təhlükələrə qarşı tez-tez ətrafa nəzarət edir. Lakin bala ölmüşdü.

Balanı xilas edə bilmədiyini görən aslan onu götürərək bir az kənarda yavaşca yerə qoyur. Aslan davranışlarının ən maraqlı anlarından birinə şahid olduğunu izah edən fotoqraf aslanın ana hissiyyatı ilə hərəkət etdiyini deyir.

Şikarının yanına qayıdan aslan ovunu parçalamır, sadəcə onun yanına uzanır. (ANS PRESS)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri