20 
Okt
2014
21:15
13
108
5052
Virtual karabakh

Günə bir dollara yaşayanlar - FOTO

20 Okt, 2014
21:15
5052

Günə bir dollara yaşayanlar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Danışan kadrlar...

Planetin əhalisinin altıda birinin gündəlik gəliri bir dollar, bəzən isə daha azdır. Rene Bayer və Tomas A. Nazario bu insanlara həsr edilmiş foto-layihə hazırlayıblar.

Oxu.Az Fototeleqraf.ru-ya istinadən bu fotoları sizə təqdim edir:

Ana-Mariya Tudor, 4 yaş, Buraest, Rumıniya.  Onun atası əməliyyatdan sonra işləyə bilmir, onları bu su və işıq təchizatı olmayan kasıb evdən də çıxara bilərlər.

Fati, 8 yaş, malyariya keçirib, indi isə mütəmadi olaraq satmaq mümkün olan nə isə tapmaq üçün elektronika zibilliynə gedir.

Hunupa Bequm, 13 yaş, Nizamudin 10 yaş, Hindistan. Qız kordur, oğlan isə hidrosefali xəstəsidir. Ataları ölüb, anaları isə astma ucbatından işləyə bilmir, ona görə də dilənçilik ailənin yeganə gəlir yeridir.

Fai Fanna, 60 yaş, 1988-ci ildə minanın üstünə çıxdığı üçün ayağını itirib və işləyə bilməyib. O, dul qadındır, 11 uşağı var, evi isə qanunsuz tikildiyinə görə söküləcək.

Sanqita, 2 yaş, Hindistan. Qız aclıq çəkir onu hərdən dilənçilərə “icarəyə” verirlər ki, dilənməkdə yardım etsin, bunun müqabilində ailəyə pul verilir. Sanqitanın beşaylıq qardaşı anasının qucağında yatır.

5 qardaş, 5-12 yaş arası, Kambodja. Onlar sığınacağa göndəriliblər, orada küçədən daha yaxşı şərait mövcuddur.

Cestina Koko, 25 yaş, qızı Satta 5 yaş. Cestina - əlildir paltaryumaaq və ya dilənçiliklə qazanır. Ailə köhnə evin dəhlizində yatmağa məcburdur.

Alvaro Kalança Kisle, 9 yaş, hər səhər məktəbə getməmişdən qabaq qoyunları otlağa yollayır, axşam isə geri qaytarır. Yunun hazırlanması və satışı ailənin yeganə gəlir mənbəyidir. İldə 200 dollar qazanmaq mümkün olur.

Viorika, 31 yaş, Rumıniya. Ailənin dərman almağa pulu yoxdur, ona görə də Viorika ağrılara dözməyə məcburdur. Bundan başqa onların evi dövlətə məxsus torpaqlarda tikilib, istənilən an sökülə bilər.

Rəfiqələr, 70 yaş, Boliviya. Onlar bol məhsul yığıblar və sevinirlər çünki, sataraq yaxşı gəlir əldə edəcəklər. Kənd təssərrüfatı – bu insanların yeganə gəlir mənbəyidir.

Labone, 27, Banqladeş. Bir yaşı olan oğlunu labone müştərilərini birindən dünyay gətirib. O hələ də bu əxlaqsızlıq yuvasında işləməyə davam edir.

Rudra, 5 yaş, Suxani, 3 yaş, Hindistan. Uşaqlar dilənçiliklə yaşayırlar, onların qardaş və bacısı bu yaxınlarda aclıqdan ölüblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri