20 
Okt
2014
21:55
91
80
21515
Virtual karabakh

İranlı atalar və qızları - FOTO

20 Okt, 2014
21:55
21515

İranlı atalar və qızları - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nafis Motlakın tədqiqatı bu ölkəyə olan münasibətinizi dəyişəcək.

İran əsilli olan Nafis Motlak Malayziyada yaşadığı dövrdə burada yaşayan insanların İran haqqında təşvişli danışdıqlarının şahidi olur.

Bu insanların Nafisin vətəni haqqında real təsəvvürləri yoxdur, ona görə də bu insanlar əsasən streotiplərə arxalanırlar. Bu stereotipləri dağıtmaq üçün  Malaziyada yerləşən Putra  Universitetinin baş müəllimi Nafis Motlak vətəninə səyahət edərək İranda ata və qızların münasibətini fotoların köməyi ilə araşdırıb.

Şima və Lima və onların atası – iri firmanın meneceri. “Atamız Avropada təhsil alıb. Ona görə də şəxsi həyatda bizə qərb gənclərinə məxsus azadlıq verib”, - qızlar deyib.



Azero və atası – xalça satıcısı və onun qızı “O çox şən adamdır. O, insanları gülməyə məcbur edir və onun zarafatları ailə yığıncaqlarında həmişə gülüşə səbəb olur. O, stolüstü oyunları sevir və dostları ilə tez-tez şaxmat oynayır”, - qızı deyib.



“İran qadınları və kişilərinin münasibəti haqqında stereotiplər mövcuddur, bunu adətən KİV işıqlandırır. Amma bu heç də belə deyil. Ona görə də öz foto layihəmi yaratmaq qərarına gəldim. Bunu iran ailələrndə qızların və ataların isti, realistik münasibətlərinə aydınlıq gətirmək üçün etdim”, - layihənin müəllifi Nafis Motlak deyib.

Fatima və onun atası – ofis işçisidir. “O çox yaxşı atadır. Başqa heç nə əalvə edə bilmərəm”, - o deyib.



Katalun və onun atası – ehtiyatda olan ordu zabiti. “Mənim dostlarım elə düşünürlər ki, o mənim qayğıma çox qalır, mən isə düşünürəm ki, o mənim həyatım da böyük təşəbbüskardır”, - o deyib.



Nafis Motlak  deyir ki, İranda olan ata qız münasibətlərinin digər ölkəlrədə mövcud olan münasibətlərdən fərqləndiyini düşünmür.

Fatima və onun atası – məsciddə kitabxanaçıdır. “insanlar düşünür ki, mənim azadlığım yoxdur, atam molladır, amma bu doğru deyil. O, mənə 15 yaşım olanda dostlarım ilə milli kitab yarmarkasına getməyə icazə vermişdi”, - o deyib.



Şadi və onun atası – iş adamı. “Onun ruhu hələ də inadkar oğlan ruhudur. Onunla heç də asan olmadığını bilməlisiniz”, - o deyib.



Zəhra və onun atası – işsiz. “Onun haqqında nə deyəcəyimi bilmirəm”, - o deyib.



Nafis Motlak iki həftədən az bir zamanda, şəhərlərdə və kəndlərə səyahət edərək şəkillər çəkib. Onun məqsədi “iran kişilərinin hamısını eyni olmadığını” sübut etmək idi.  Onların arasında onun atası kimi, qızlarını və qadınlarının haqqını qoruyanlar da çoxdur. “Universitet, biznes, incəsənət, elm və sənayedə çoxsayda uğur qazanmış qadınlar var və biz başa düşməliyik ki, bu uğuru onlar ata və həyatalrında olan digər kişilərin, dostların dəstəyi sayəsində qazanıblar”, - o, əlavə edib.

Zəhra və onun atası – ferma işçisi. “O, çox işləyir ki, biz normal yaşayaq”, - o deyib.



“İran mədəniyyəti xoşagəlməz və zəif yönlərə malik ola bilər, amma bu istənlən halda dünya KİV-nin göstərdiyindən uzaqdır”, - o deyib. “İranın hüdudlarından kənarda yaşadıqda yalnış təsəvvürlərindən, ölkəniz haqqında qəribə suallardan yorulursuz. Onlar yalnış informasiyaya əsaslanaraq mühakimə edirlər. düşünürəm ki, real vəziyyəti və həqiqəti bilmək çox vacibdir”.

Maşa və onun atası – müharibə veteranı. “O, həmişə mənim qəhrəmanım olacaqq, amma mən istəyirəm ki, o bəxtiyar ata olsun”, - o deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri