30 
Okt
2014
18:55
27
122
10407
Virtual karabakh

Vyetnam delikatesi – it əti – FOTO + VİDEO

30 Okt, 2014
18:55
10407

Vyetnam delikatesi – it əti – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əsəbləri zəif olanlar baxmasın.

Vyetnamın paytaxtı Hanoy şəhərindən bir neçə kilometr aralıda it əti satılan məntəqələr, eləcə də bu şübhəli “təamın” satıldığı restoranlar yerləşir.

Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, Hanoyun bu rayonuna təsadüfən gələn turistlər dəhşətli görüntünün şahidi olublar – qəfəslərdə qorxmuş itlər, onları elə alıcının gözü qarşısında kəsirlər və hələ yarımcan halda qaynar su olan çənə atırlar.

Satıcılar iti qəfəsdən dəmir qarmaqla boğazından tuturaq çıxarırlar, sonra başına dəmir dəyənəklə vururlar. Yerə yıxılan zavallı heyvanın boğazını böyük bıçaqla kəsirlər, sonra isə qaynayan su olan çənə atırlar ki, dərisini soymaq asan olsun.  

Vyetnamda heyvanları müdafiə cəmiyyətinin üzvləri artıq bu insana layiq olmayan vəhşiliyə qarşı mübarizə aparırlar. Onlar it ətindən yemək hazırlayan restoranların bağlanmasına və ümumiyyətlə, bu heyvanın ətindən yemək bişirməməyə çağırırlar.

Təəssüf ki, onların səyləri hələ ki nəticəsizdir...

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri