19 
Dek
2014
21:52
32
97
5641
Virtual karabakh

Əhalisi narkotik becərməklə dolanan əyalət - FOTOLAR

19 Dek, 2014
21:52
5641

Əhalisi narkotik becərməklə dolanan əyalət - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hal-hazırda çətənənin tibb məqsədi ilə istifadəsinə 20 ştata icazə verilib.

Amerikalı fotoqraf H.Li dörd il ərzində Şimali Kaliforniyanın Humboldt əyalətində çətənə yetişdirən fermerləri çəkib.

Humboldt əyalətində yetişdirilən çətənənin həcminə görə “Zümrüd üçbucağı” adını daşıyır. 1996-cı ildə Kaliforniya tibb məqsədilə istifadə edilən çətənəsinin yetişdirilməsində ilk leqallaşdırılmız ştat oldu. Ona görə fermerlərin bəziləri lisenziya ilə fəaliyyət göstərirlər. Lakin buna baxmayaraq, onların istehsal etdiyi məhsulun böyük hissəsi qara bazara ötürülür. 

Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, bu ştatda çətənə yetişdirənlərin sayı 30 min nəfərə yaxındır, bu isə əyalətin beşdə bir hissəsi deməkdir.

İlk olaraq çətənə 1960-cı illərdə hippilər tərəfindən yetişdirilməyə başlanılıb. 1980-ci illərdə isə çətənə yetişdirmək əhalinin yeganə gəlir mənbəyinə dönüb. Belə ki, həmin dövr ərzində Humboldt sakinlərinin çox hissəsi ağac tədarükünün tənəzzülü nəticəsində işlərini itimişdilər.

Çətənənin istehsalından və satışından gələn gəlir əyalətin iqtisadiyyatının dörddə birini təşkil edir. Humboldt sakinlərinin böyük hissəsi qiymətlərin aşağı enməsindən ehtiyat edərək, bu sənayenin bütövlüklə leqallaşdırılmasına qarşı çıxırlar.

Adətən “KMUD” yerli radio dalğası polislərin reydi haqqında əyalət sakinlərini həmişə xəbərdar edir. Şimali Kaliforniyanın fermerləri arasında ali təhsili, bankda hesabı olmayanların sayı da az deyil. Bu səbəbdən onlar məhsul ehtiyatlarını meşədə plastik qablarda və ya avtomobil şinlərində saxlayırlar.

Hal-hazırda çətənənin tibb məqsədi ilə istifadəsinə 20 ştata icazə verilib. Bütünlüklə isə çətənə Kolorado, Vaşinqton, oreqona və Alyaskada leqallaşdırılıb. İki sonuncu ştatlarda isə referendum 4 noyabr 2014-cü ildə baş tutub.

Qeyd edək ki, 2014-cü ildə ABŞ-da çətənənin leqal dövriyyəsi 1 milyard dollar təşkil edib.

Qanunun qoyduğu tələblərə görə, Bizimyol.info saytı olaraq, sizi uyuşdurucu maddələrin istifadəsinin sağlamlıq üçün təhlükəli olduğunu xəbərdar edir və onun istifadəsini pisləyirik.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri