Dek
2016
10:50
83
35
10728
Virtual karabakh

“WhatsApp” növbəti yeniliyini işə saldı

8 Dek, 2016
10:50
10728

“WhatsApp” növbəti yeniliyini işə saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” tərtibatçıları öz messenceri üçün növbəti yenilənməni işə salıblar.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, artıq videoların baxılması daha qənaətcil və rahat olub.

Bu yenilənmə üçün “WhatsApp” əlavəsinin istifadəçiləri yalnız videofaylı yüklədikdən sonra bu videoya baxa bilərdilər. Yenilənmə isə videoçarxlara axın rejimində baxılmasına imkan verir. Bu o deməkdir ki, artıq videofayla yüklənən zaman baxmaq mümkün olacaq.

Bu gün “WhatsApp”da 1 milyarddan artıq istifadəçi qeydiyyatdan keçib. Onlar dəfələrlə proqram tərtibatçılarından videofaylların baxılması ilə bağlı məsələnin həllini xahiş ediblər. 

Çünki bu prosedur xeyli vaxt və trafik aparırdı, insanlar isə tez-tez cihazlarına onlara, ümumiyyətlə, lazım olmayan fayllar yükləyirdilər. Çünki onların bu fayllara öncədən baxmaq imkanları yox idi.

“WhatsApp” komandası bu xahişi nəzərə alıb və “Android” cihazları üçün yenilənməni həyata keçirib. Proqramın beta testləri uğurla həyata keçirilib. Artıq bu yenilənmənin “iOS” və “Windows” əməliyyat sistemlərində işə düşəcəyini gözləmək qalır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri