Dek
2016
11:20
22
60
5168
Virtual karabakh

“Instagram”da yeni funksiya

8 Dek, 2016
11:20
5168

“Instagram”da yeni funksiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram” xidmətinə bir sıra yeni funsksiyalar əlavə edilib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, artıq istifadəçilər öz şəkillərinə yazılan şərhləri deaktiv edə biləcəklər. Həmçinin onlar fotoxidmətdə bəyəndikləri şərhləri “like” etmək imkanı qazanacaqlar.

Məlumatda bildirilir ki, bu, yeganə yenilik deyil. “Instagram”da istifadəçini “blok” etmədən onu abunəçilər siyahısından silmək mümkün olacaq və bu halda istifadəçi heç bir xəbərdarlıq almayacaq.

Mobil proqramın yeni versiyası dekabrın 6-dan istifadəçilərin bir hissəsi üçün əlyetərlidir, digər istifadəçilər isə hələ bir neçə həftə gözləməli olacaqlar.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri