Dek
2016
17:15
61
11
1684
Virtual karabakh

“Microsoft” “Linkedin”i aldı

9 Dek, 2016
17:15
1684

“Microsoft” “Linkedin”i aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Microsoft” şirkəti texnologiya dünyasındakı ən böyük satınalmalarından birini həyata keçirib.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, ötən aylarda 26,2 milyard dollar müqabilində “Microsoft-a satılan “Linkedin” Avropa Komissiyasının satışı təsdiq etməsi ilə rəsmən “Microsoft”un tərkibinə qatılıb.

“Linkedin” iş dünyasındakı insanların digər insanlarla ünsiyyət qurmasını təmin edən karyera saytıdır. “Microsoft”, Avropa İttifaqı Komissiyasının rəqabət qurumlarından razılığın olunduğunu və satınalma əməliyyatının başa çatdığını bildirib.

Reid Hoffman, Allen Blue, Konstantin Guericke, Eric Ly və Jean-Luc Vaillant tərəfindən 2002-ci ildə Mountain View Kaliforniyada yaradılan “Linkedin” 2016-ci ildə 106 milyonu aktiv olmaqla, 400 milyon istifadəçi sayına çatmışdı.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri