10 
Dek
2016
17:09
17
131
1959
Virtual karabakh

Azərbaycanda vergi ödəyicilərinə “Facebook” vasitəsi ilə xidmət göstəriləcək

10 Dek, 2016
17:09
1959

Azərbaycanda vergi ödəyicilərinə “Facebook” vasitəsi ilə xidmət göstəriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vergilər Nazirliyi (VN) intizamlı vergi ödəyicilərinə “Yaşıl dəhliz” prinsipi əsasında ənənəvi xidmətlərlə yanaşı, informasiya kommunikasiya texnologiyalarının (İKT) son nailiyyətlərindən istifadə etməklə innovativ üsullu xidmətlər də göstərəcək. 

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə nazirliyin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov məlumat verib.

Onun sözlərinə görə, belə innovativ üsullu xidmətlərdən biri partnyor ödəyici ilə videobağlantı xidməti olacaq. Videobağlantı nazirliyin internet saytı, «Facebook», «Skype», «Whatsapp» və İKT-nin digər imkanlarından istifadə etməklə aparıla bilər. 
Bundan başqa, VN yanında Çağrı Mərkəzində intizamlı ödəyicilərə üçün sürətli xidmətlərin göstərilməsi məqsədilə xüsusi ayrılmış xətdən istifadə imkanı yaradılacaq. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri