12 
Dek
2016
16:59
45
74
3349
Virtual karabakh

“Azərpoçt” ilk ödəmə terminalını işə salır

12 Dek, 2016
16:59
3349

“Azərpoçt” ilk ödəmə terminalını işə salır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC valyuta mübadiləsi funksiyası olan ilk “e-GovPay” ödəmə terminalını işə salır.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə bazar ertəsi MMC-dən bildiriblər. 

Terminalın istismara “Azərpoçt”un “bir pəncərə” prinsipi ilə işləyən ilk mərkəzinin rəsmi açılışından sonra veriləcəyi gözlənilir. Açılış mərasimi yaxın günlərdə baş tutacaq. 

Terminal vasitəsilə kommunal xidmətlər, rabitə xidmətlərinin, internet və s. üçün ödəniş etmək mümkün olacaq. Yeni terminalların əsas üstünlüyü isə onların qəpik qəbul etmələri və pulun qalığını qaytara bilmə imkanına malik olmasıdır. 

“Azərpoçt”un planına müvafiq olaraq, MMC-nin yaxın günlərdə Yasamal və Xətai poçt filiallarında açılacaq mərkəzləri terminallarla təchiz ediləcək. Ümumilikdə, 2017-ci ilin birinci yarısının sonuna qədər Bakı və Sumqayıtda beş belə mərkəzin açılıb istismara verilməsi planlaşdırılır. 

Daha öncə MMC-dən deyildiyi kimi, poçt operatorunun perspektiv planlarına Azərbaycanın, o cümlədən də Naxçıvan MR-in rayonlarında 10-a yaxın mərkəzin işə salınması nəzərdə tutulur. 

Mərkəzlərdə maliyyə əməliyyatlarından başqa, stasionar telefonların quraşdırılması, aviabiletlərin alışı və ya digər xidmətlərə çıxış almaq üçün müraciət etmək mümkün olacaq.

U.A
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri