“Facebook”-a mobil telefonlarla daxil olanlar üçün yeni tətbiq
“Facebook”-a mobil telefonlarla daxil olanlar üçün yeni tətbiq
Android telefonu olan “Facebook” istifadəçilərinə yeni xəbər var.
Oxu.Az-ın məlumatına görə, Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, “Apple” istifadəçilərindən sonra, Android həvəskarları da bu yenilikdən istifadə edə biləcəklər.
“Facebook” Android telefon işlədən istifadəçilərinə yeniləmədən sonra HD video funksiyasını təqdim edəcək.
“Facebook” sosial şəbəkəsində istifadəçilər HD videolar yükləmək istədikləri zaman müxtəlif məhdudiyyətlərə görə istədikləri kimi videolar paylaşa bilmirdilər.
“Facebook Live” ilə “Youtube” və digər rəqiblərindən xeyli öndə olmağı bacaran şirkət artıq Android mobil telefonlara HD videolar yükləməyi təmin edəcək yeniləməni paylaşıb.
Bu funksiyanı Androidlərdə aktiv hala gətirə bilmək üçün “Upload Videos in HD / Videoları HD olaraq yüklə” variantını açmaq lazımdır.
U.A.
www.oxu.az