15 
Dek
2016
16:11
13
116
3314
Virtual karabakh

Direktor: Azərbaycanda yeni qurum yaradılacaq

15 Dek, 2016
16:11
3314

Direktor: Azərbaycanda yeni qurum yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qurum vətəndaşların şəxsi məlumatlarını qoruyacaq.

“Şəxsi məlumatların vahid mərkəzdə toplanması və bu məlumatların mühafizəsi dünya ölkələrinin diqqət mərkəzindədir”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu sözləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov Tbilisidə keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Avropa İttifaqı və Avropa Şurasında da bu sahədə müəyyən qərar və konvensiyalar qəbul olunub.

Azərbaycan da bu beynəlxalq təşkilatların üzvüdür və 2009-cu ildə müəyyən şərtlər daxilində Avropa Şurasının “Məlumatların qorunması”na dair konvensiyasına qoşulub”.

Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı”na qoşulan ölkələrdən dördü bu konvensiyaya uyğun olaraq şəxsi məlumatların mühafizəsi üzrə müvafiq strukturlar yaradıblar:

“Belarus və Azərbaycanda isə hələlik belə bir qurum yaradılmayıb. Hazırda biz üzv ölkələrin təcrübəsini öyrənirik. Yaxın gələcəkdə Azərbaycanda da belə bir strukturun yaradılması nəzərdə tutulub”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri