17 
Dek
2016
22:25
71
109
2675
Virtual karabakh

“Facebook”dan yalan məlumat yayanlara qarşı – SANKSİYA

17 Dek, 2016
22:25
2675

“Facebook”dan yalan məlumat yayanlara qarşı – SANKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət rəhbəri jurnalistlər ilə də əməkdaşlıq edəcəklərini qeyd edib.

“Facebook” sosial şəbəkədə yayılan informasiyaların doğruluğunu araşdırmağa başlayır.

Oxu.Az İKT.lent.az-a istinadən xəbər verir ki, bunu sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberq açıqlayıb.

O bildirib ki, məlumatların yoxlanılmasını müstəqil qurumlar həyata keçirəcək.  

M.Zukerberq yayılan yalan xəbərlərin faizinin yüksək olmadığını söyləyib.  Lakin o bildirib ki, “Facebook” xəbər distribyutoru yox, kommunikativ meydançadır və bu meydançada yayılan məlumatlara görə məsuliyyət daşıyır.

M.Zukerberq saxta informasiyaların qarşısının alınmasında jurnalistlərlə də əməkdaşlıq edəcəklərini və bu tip yalanları yayaraq reklam gəliri əldə etmək istəyən peşəkar saxtakarlara sanksiyalar tətbiq olunacağını açıqlayıb. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri