19 
Dek
2016
11:30
25
88
6481
Virtual karabakh

Onlayn pul qazanmağın yeddi ən asan yolu

Mövcud şəraitdə bəzi insanlar əlavə gəlirə ehtiyac duyur, bəziləri isə ümumiyyətlə, iş tapmaqda çətinlik çəkir və istənilən halda gəlirə ehtiyacı vardır.

Bəzi insanlar isə ilkin kapitalının olmadığından şikayət edərək kəşf etdiyi hansısa ideyanı reallaşdıra bilmir. 

Maraqlı və güclü ideyalarınız varsa və yeniliklər kəşf etməkdə özünüzə inanırsınızsa, bunları heç bir ciddi vəsait xərcləmədən gəlirə çevirməyin bəzi yollarından danışacağıq.

Bunun ən optimal yolu onlayn pul qazanmaqdır. Bu, ilk baxışdan asan səslənsə də, bir o qədər də məsuliyyət tələb edən işdir. Heç vaxt alınmaz deməyin.

Rəqabətin çox olmağından çəkinməyin, əksinə olaraq, rəqabətli mühitdə sağlam ideyalar həmişə uğur qazanmışdır. Sadəcə özünüzə və ideyalarınıza güvənirsinizsə, aşağıdakı açar vasitələrdən yararlana bilərsiniz.

1)  “You tube”​ kanal yaratmaqla pul qazanmaq

İlkin olaraq özünüzə gmail hesab açırsınız. Açdığınız hesab üzrə “You tube” kanalınızı yarada bilərsiniz. Kanal yaratdıqdan və bütün texniki məsələlər düzgün olduqdan sonra kanalınıza videolar yerləşdirirsiniz. 

Bir neçə videodan sonra isə pul qazanmaq funksiyası işə düşəcəkdir. Bu isə bilavasitə sizin yerləşdirdiyiniz videolardan aslıdır. Belə ki, “You tube” üzrə əsas gəlir reklamlardan olur ki, sizin videolara bir neçə cür məsələn: “You tube” tərəfindən avtomatik reklamlar quraşdırılır və həmin reklama daxil olmuş istifadəçi reklam olan saytda bir müddət (təxminən) 1 dəqiqə qalarsa, siz buna görə pul qazanmış olursuz.

Həmçinin video başlamamış 9-15 saniyəlik reklam videoları olur ki, izləyici əgər bu reklam çarxına sona qədər baxmış olarsa, siz avtomatik pul qazanmış olursunuz.

Nəticədə sizin “Google Adsense” hesabınıza pullar yığılmış olur. Onu da qeyd edək ki, “You tube” tərəfindən bəzi şərtlər var ki, siz bunlara əməl etmək məcburiyyətindəsiniz, əks halda kanalınız cəzalandırıla və yaxud bağlana bilər. Bu şәrtlәrin bəziləri ilə tanış olaq.

a) Paylaşdığınız videolar plagiat (oğurluq) olmasın. Orijinallıq vacibdir.

b) Öz videolarınızdakı reklamlara öz hesabınız ilə daxil olmayın. Bu ardıcıl baş verdikdə, “You tube” bunu bilir və hesabınız cəzalandırıla bilər.

c) Qeydiyyatdan keçdiyiniz zaman razılaşdığınız digər qaydalara maksimum əməl etməyə çalışın.

2) Onlayn kurs - müəllim kimi fəaliyyət göstərmək.

Əgər özünüzdə hər hansı bir sahəni tədris edə biləcək qabiliyyəti görürsünüzsə və yaxud real həyatda belə bir fəaliyyətiniz varsa, bu sizə asanlıqla kömək ola bilər. 

Belə ki, müәyyәn bir kütlə içərisində keyfiyyət baxımından tanındıqdan sonra bu, sizin üçün o qədər də çətin olmayacaq. Nəticədə siz onlayn “Skype” vasitəsilə uşaq və yaxud böyüklərə hər hansı bir fənn və yaxud bacarığı tədris edə bilərsiniz.

Məsələn: Xarici dil tədrisi. Onlayn tədrisin həm də özünəməxsus aşağıdakı üstünlükləri vardır:

a) Tədris qiyməti real kurslardan aşağı olur.

b) Tələbə üçün heç bir əlavə xərcə səbəb olmur (nəqliyyat, geyim və s:)

c)  Hava şəraitindən asılılığın olmaması

d)  Vaxta qənaət və rahatlıq.

3) Mobil telefonlar üçün Apps və oyunlar yaratmaq

Mobil tətbiqlər müxtəlif əyləncə, musiqi, təhsil və s. sahələrə aid olmaqla insanların müəyyən işlərinin asanlaşmasında mühüm rol oynayır. 

Siz sağlam “Apps” yaratmaqla satışdan kifayət qədər gəlir əldə edə bilərsiniz. Əlavə olaraq sadə “apps”lar vasitəsilə də pul qazanmaq olar. Belə ki, bu proqramlarda siz “Google” mobil reklamları yerləşdirməklə daxilolma sayına görə də pul qazanmış olacaqsınız.

4) Onlayn məkan

Siz alıcı və satıcı, həmçinin sifarişçi və xidmətlər üçün tövsiyə mənbəyi ola bilərsiniz.
Belə ki, siz vasitəçilik yaratmaqla heç bir məsuliyyətiniz olmadan onları eyni bir məkanda (saytınız) qovuşdurmaqla həm onların işini asanlaşdıracaqsınız, həm də gəlir əldə edəcəksiniz.

Saytınızda müxtəlif sahələr üzrə xidmət təklif edən şirkətlərlə əlaqəyə girərək onların iş və xidmətlərini istehlakçıya çatmasında yardımçı olacaqsınız. Məsələn, mən hər hansı bir ərazidə planlaşdırdığım qiymət aralığında xarici dil kursu axtarıram. 

Bunun üçün uzun araşdırmaya ehtiyac olmadan sayt vasitəsilə asanlıqla məlumat əldə edə bilərəm. Və yaxud yaxın ərazidə yemək xidmətləri təklif edən müəssisələrin qiymət və məhsulları ilə tanış olmaq istəyirəm və s. Sayt vasitəsilə qurulmuş hər əlaqə sizin gəliriniz deməkdir. Həmçinin reklam da sizin əlavə gəliriniz olacaq.

5) Öz bloqunuzu yaradın

Əgər öz yazar qabiliyyətinizə güvənirsiznizsə, hər hansı bir sahə üzrə öz bloqunuzu yarada bilərsiniz. Kifayət qədər izləyici kütləniz yaranandan sonra bloqunuzda reklamlar vasitəsilə gəlir əldə edə etmək olar. Məsələn, “Google Adsense” reklamları və yaxud müxtəlif banerler və s.

6) Yaratdıqlarınızı onlayn satın

Əgər qrafik və dizayn proqramlarını yaxşı bilirsiznizsə və fotoqraflıq qabiliyyətiniz varsa, ani kadrları tutmaqda mahirsinizsə, öz işlərinizi sata bilərsiniz.

Həmçinin kiçik və ya gündəlik əşyalar üçün dizayn və marka yaratmaqla da gəlir əldə etmək mümkündür.

Əlavə olaraq peşəkar gördüyünüz iş hansısa bir brend firmasının diqqətini də cəlb edə bilər. Çünki qeyd olunan saytlar əksər markalar tərəfindən izlənilir.

Beləliklə, yaratdığınız bu tipli məhsulları www.cafepress.com, www.teespring.com kimi saytlarda sata bilərsiniz.

Bu zaman satılmış olan sizin markanız üçün vasitəçi şirkət tərəfindən mövcud hesabınıza pul yüklənəcək.

7)  Sadə xidmətlər üzrə onlayn gəlir

Siz sosial şəbəkələrdə bir səhifə yaratmaqla və yaxud bir sayt yaratmaqla öz sadə xidmətlərinizi insanlara təklif edə bilərsiniz.

Məsələn, kurs və müdafiə işlərinin, referatların yazılması, hazır materialların kağız materialdan və ya kitablardan onlayn formaya çevrilməsi və yaxud irihəcmli materialların yazılması, tərcümə xidmətləri və s. 

Bütün bunları hər kəs bacara bilər, ancaq hər kəs bu işlərə eyni prizmadan yanaşmır. Digər işlərə olduğu kimi, bu işə də məsuliyyət və ciddi yanaşmaqla daha çox sifariş əldə edib, ev şəraitində gəlirlərinizi artıra bilərsiniz. Xüsusilə, evdar xanımlar, yaxud tələbə gənclər üçün yaxşı bir ideya ola bilər.

Mənbə: Fins.az

U.A.
www.oxu.az

Digər İKT xəbərləri