21 
Dek
2016
12:20
47
23
2314
Virtual karabakh

“Facebook”da rəngli postlar dövrü başlayır – FOTO

21 Dek, 2016
12:20
2314

“Facebook”da rəngli postlar dövrü başlayır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” qrup videozəngləri və rəngli postlar funksiyalarını təqdim edib.

Ötən ilin aprelində “Facebook Messenger”in istifadəçiləri üçün videozəng funksiyası əlçatan olub, bir il sonra isə qrup zəngləri funksiyası istifadəyə verilib.

Oxu.Az-ın məlumatına görə, “ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, indi isə “Messenger”in istifadəçiləri qrup videozənglərinin köməyilə bir-biri ilə ünsiyyət saxlaya bilərlər.

“Facebook”un bloqunda dərc edilmiş məlumata əsasən, qrup videozəngləri artıq “Messenger”in masaüstü versiyasında, həmçinin mobil tətbiqin “iOS” və “Android” üçün son versiyasında əlçatandır. 

Zəng etmək üçün qrup çatına daxil olmaq və yuxarı sağ küncdəki videoçat ikonkasını sıxmaq lazımdır. Bundan sonra qrupun bütün iştirakçıları bildiriş alaraq videozəngə qoşula biləcəklər.

Ümumilikdə videoçatda 50-dək həmsöhbət iştirak edə bilər, amma ekranda eyni anda ən çoxu 6 iştirakçı görsənir, digərləri isə yalnız söhbətin təşəbbüskarını görürlər.

Bundan başqa, “Facebook” istifadəçilərə daha bir yenilik hazırlayıb. İndi rəngli postlar dərc etmək mümkündür. Bunun üçün, sadəcə, mətnin daxil edilməsi sahəsindən aşağı hissədə yerləşən rəngli dairələrdən birinə sıxmaq lazımdır.

Hələ ki bu funksiyanı yalnız messencerin “Android” versiyası üçün tətbiq etmək mümkündür, amma tezliklə belə imkan “iOS” və onlayn versiyada əlçatan olacaq. 

Sözügedən funksiya hələ ki bütün platformalar üçün istifadəyə verilməsə də, bütün “Facebook” istifadəçiləri rəngli postları görə biləcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri