22 
Dek
2016
18:15
233
41
3334
Virtual karabakh

Deputat: Azərbaycanda kiberəsgərlər yetişdirmək lazımdır

22 Dek, 2016
18:15
3334

Deputat: Azərbaycanda kiberəsgərlər yetişdirmək lazımdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün Azərbaycanın virtual məkanda müdafiəsi üçün kiberəsgərlər yetişdirmək lazımdır”. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, 25 il ərzində ölkənin hərbi, iqtisadi, siyasi suverenliyi sırasında informasiya suverenliyi də bərqərar olunub. 

İnternet məkanında Azərbaycanla bağlı çox böyük işlərin görüldüyünü deyən direktor vurğulayıb ki, ölkənin müdafiəsini tək real məkanda, sərhədlər çərçivəsində yox, virtual məkanda da qorumalıyıq. 

Onun sözlərinə görə, informasiya müharibəsi barədə şagirdlərə, tələbələrə zəruri biliklər verilməli, bu günün əsgəri həm də kiberəsgər olmalıdır: “Azərbaycan ordusu yüksək texnologiyalarla təmin olunur. Bu gün şagirdlərə “Kalaşnikov” avtomatını öyrətməklə yanaşı informasiya mübarizəsi texnologiyalarını öyrətməliyik. Xüsusilə, Vikipedia ilə bağlı müəyyən narahatlıqlar var. Çünki Vikipediya sahəsində o qədər də yaxşı vəziyyətdə deyilik. Buna görə ayılmalı, virtual Azərbaycanı inkişaf etdirməliyik. Ölkəmizin həm real, həm də virtual məkanda müdafiəsini təmin etmək, şagird və tələbələrin internet resurslarında, sosial şəbəkələrdə, Vikipedia və digər mənbələrdə səmərəli fəaliyyət göstərmələri üçün zəruri biliklər tədris olunmalıdır”.

İnstitut direktoru əlavə edib ki, bu gün yeni biliklərin ali məktəblərə daxil olması çox böyük problemlər yaradır. Onun sözlərinə görə, yeni bilikləri qəbul etmək üçün ali məktəblərin dərslikləri, müəllimləri, müəyyən maddi-texniki bazaları yoxdur. R.Əliquliyev qeyd edib ki, nəticədə ali məktəblər aparıcı ixtisaslar üzrə mütəxəssis hazırlaya bilmir: 

“Proqram mühəndisliyi, kriptoqrafiya və müxtəlif ixtisaslar üzrə kadrlar hazırlanmır. Bunları nəzərə alaraq həm ölkə, həm də xaricdə tədqiqat və təhsil məqsədli kadrlar seçilərkən bəzi ixtisaslara diqqət ayırmaq lazımdır. Yeni biliklərin davamlı olaraq transformasiyasını təmin etmək məqsədilə ölkənin qabaqcıl elmi müəssisələrinin nəzdində müəllimlər üçün ixtisasartırma kurslarının yaradılması məqsədəuyğundur”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri