26 
Dek
2016
16:01
54
237
2182
yuxarı
İranlı nazir Azərbaycana gəlir
26 Dek, 2016
16:01
2182
54
237
İranlı nazir Azərbaycana gəlir
İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 26-29-da Azərbaycanda səfərdə olacaq.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
İran nümayəndə heyəti səfər zamanı, həmçinin Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.
U.A.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək